"Arsenal" İngiltərə Superkuboku-2020-nin qalibi olub

"Arsenal" İngiltərə Superkuboku-2020-nin qalibi olub

İngiltərə Superkuboku-2020-nin qalibi müəyyənləşib.

SİA xəbər verir ki, superkubok görüşündə son ölkə çempionu "Liverpul" və son ölkə kubokunun qalibi "Arsenal" üz-üzə gəlib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan (5:4) "Arsenal" Superkubokun sahibi olub.

"Arsenal" - "Liverpul" - 1:1 (penaltilər seriyası - 5:4)
Qollar: Obameyanq, 12 (1:0), Minamino, 73 (1:1)

Bununla da London təmsilçisi tarixində 16-cı dəfə bu titulu qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə