“Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi kim olacaq?

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi kim olacaq?

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində qarşılaşa biləcəyi potensial rəqiblər müəyyənləşib.

SİA xəbər verir ki, Ağdam klubu bu mərhələnin püşkatmasında da səpələnmişlər səbətində yer alacaq. Bu isə o deməkdi ki, Azərbaycan çempionu səpələnməmişlər səbətində yer alan nisbətən zəif rəqiblərdən biri ilə qarşılaşacaq. Bunlar “Molde”, “Midtyulland”, “Ferentsvaroş”, “Omoniya” və Brest “Dinamo”sudur.

Qeyd edək ki, ÇL-in 3-cü təsnifat mərhələsinin püşkatması avqustun 31-də keçiriləcək.

UEFA Çempionlar Liqası

3-cü təsnifat mərhələsi

Çempionlar yolu

Səpələnmişlər:

Dinamo (Zaqreb, Xorvatiya)

Yanq Boyz (İsveçrə)

Srvena Zvezda (Serbiya)

Qarabağ (Azərbaycan)

Makkabi (Təl-Əviv, İsrail)

Səpələnməmişlər:

Molde (Norveç)

Midtyulland (Danimarka)

Ferentsvaroş (Macarıstan)

Omoniya (Kipr)

Dinamo (Brest, Belarus)

Liqa yolu

Səpələnmişlər:

Benfika (Portuqaliya)

Dinamo (Kiyev, Ukrayna)

Gent (Belçika)

Səpəənməmişlər:

Rapid (Vyana, Avstriya)

PAOK (Yunanıstan)

Alkmaar (Niderland)

Bütün xəbərlər Facebook səhifəmizdə