"Qarabağ" qalib gəldi və növbəti mərhələyə çıxdı - Yeniləndi

"Qarabağ" qalib gəldi və növbəti mərhələyə çıxdı - Yeniləndi

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin oyunları keçirilir. SİA xəbər verir ki, təmsilçimiz "Qarabağ" da bu gün meydana çıxıb. Qurban Qurbanovun komandası Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda Moldova "Şerif"ini qəbul edir.

"Şerif" artıq üçüncü dəfərdir avrokuboklarda "Qarabağ"a rəqib olur. Bundan əvvəlki görüşlərdə təmsilçimiz Moldova klubundan güclü olub. 2017/18 mövsümündə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şerif"i mübarizədən kənarlaşdıran (0:0, 2:1) Ağdam təmsilçisi növbəti dəfə Avroliqanın pley-offunda tiraspollularla üz-üzə gəlib. 2018/19 mövsümündəki duellərdə də "Qarabağ" üstün tərəf olaraq (0:1, 3:0) qrup mərhələsinə yüksəlib.

Bugünkü oyunun qalibi ÇL-in 3-cü təsnifat mərhələsinə yüksələcək. Məğlub olan tərəf isə Avropa Liqasının 3-cü raundunda mübarizə aparacaq.

Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişilməyib.

Beləliklə, “Qarabağ” klubu bu qələbə sayəsində UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, "Qarabağ" 1-ci təsnifat mərhələsində Şimali Makedoniya "Sileksi"nə 4:0 hesabı ilə qalib gəlib.

26 avqust

UEFA Çempionlar Liqası

2-ci təsnifat mərhələsi

20:00. "Qarabağ" (Azərbaycan) – "Şerif" (Moldova) - 2:1 (İkinci hissə)
Qollar:Uroş Matiç, 22-pen (1:0), Mahir Emreli, 63 (2:0), Kastanyeda, 78 (2:1)
Qırmızı vərəqə: Anatole Abanq, 37- birbaşa qırmızı vərəqə ("Şerif")
Hakimlər: Mikola Balakin, Viktor Matyaş, Sergey Pristupa, Andrey Kovalenko (hamısı Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə