“Qarabağ” “Şerif”lə oyunda hesabı açıb

“Qarabağ” “Şerif”lə oyunda hesabı açıb

UEFA Çempionlar Liqasının II seçmə mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Şerif” (Moldova) oyununda hesab açılıb. SİA xəbər verir ki, ilk dəqiqələrdən hücuma atılan ağdamlılar görüşün 22-ci dəqiqəsində hesabı açıblar. Baş hakimin təyin etdiyi penaltini “Qarabağ”ın futbolçusu Utos Matiç dəqiq yerinə yetirib.

Qeyd edək ki, UEFA-nın qərarına əsasən, komandalar arasında cavab qarşılaşması keçirilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə