Luçesku Kiyev "Dinamo"su ilə ilk kubokunu qazanıb

Luçesku Kiyev "Dinamo"su ilə ilk kubokunu qazanıb

Ukrayna Superkubokunun sahibi müəyyənləşib.

SİA xəbər verir ki, həlledici matçda "Olimpiskiy" stadionunda Kiyev "Dinamo"su və Donetsk "Şaxtyor"u üz-üzə gəlib. Matç "Dinamo"nun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Şaxtyor" - "Dinamo" - 1:3
Qollar: De Pena, 20 (0:1), Rodriqeş, 31 (0:2), Moraes, 37 (1:2), Fran Sol, 83 (1:3)

Bununla da Kiyev təmsilçisi ardıcıl 3-cü, ümumilikdə isə 9-cu dəfə kubokun sahibi olub. Bu isə bu turnirdə rekord göstəricidir.

Qeyd edək ki, "Dinamo" ötən ay "Şaxtyor"da 12 il işləmiş Luçeskunu baş məşqçi təyin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə