Azərbaycan komandası növbəti qələbəsini İspaniya yığması üzərində qazanıb

Azərbaycan komandası növbəti qələbəsini İspaniya yığması üzərində qazanıb

Ümumdünya Şahmat Olimpiadasının top divizionunda mübarizə aparan Azərbaycan komandası yeddinci tur çərçivəsində İspaniya yığması ilə üz-üzə gəlib. SİA xəbər verir ki, heyətində Teymur Rəcəbov, Rauf Məmmədov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayevanın mübarizə apardığı komandamız İspaniya yığmasını 4:2 hesabla məğlubiyyətə uğradıb. Bu qələbə sayəsində Azərbaycan 5-ci yerdən 3-cü yerə yüksəlib.

Yığmamız digər görüşlərini Norveç və Fransa komandalarına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə