Çempionlar Liqasının qalibi kim olacaq?

Çempionlar Liqasının qalibi kim olacaq?

Bu gün UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün qalibi müəyyənləşəcək. SİA xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabonun "Estadio da Luş" stadionundakı final matçında Fransanın PSJ klubu Almaniya "Bavariya"sı ilə qarşılaşacaq.

İtaliyalı Daniele Orsatonun idarəyə edəcəyi matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu oyun komandaların avrokuboklarda 9-cu dueli olacaq. PSJ və "Bavariya" indiyədək Çempionlar Liqasının qrupunda 8 dəfə üz-üzə üz-üzə gəliblər. Bunların 5-də Paris təmsilçisi, 3-də isə münhenlilər qələbə qazanıb.

PSJ tarixində ilk dəfə qitənin bir nömrəli klub turnirinin baş mükafatına yiyələnmək niyyətindədir.

5 dəfə Çempionlar Liqasının qalibi olmuş "Bavariya" isə son olaraq 2013-cü ildə bu titulu əldə edib.

Çempionlar Liqası, final

23 avqust

23:00 PSJ (Fransa) - "Bavariya" (Almaniya)

Baş hakim: Daniele Orsato (İtaliya)

"Estadio da Luş" stadionu.

Bütün xəbərlər Facebook səhifəmizdə