“Dijon” evdə “Anje”yə uduzub, “Lill” isə “Renn”lə heç-heçəyə razılaşıb

“Dijon” evdə “Anje”yə uduzub, “Lill” isə “Renn”lə heç-heçəyə razılaşıb

Futbol üzrə Fransa çempionatında 2020/21 mövsümünün ilk turunun oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

“Dijon” evdə “Anje”yə minimal hesabla uduzub. “Lill” isə “Renn”i qəbul edib. Komandalar hərəyə bir dəfə fərqləndikləri bu oyundan heç-heçəylə ayrılıblar.

Çempionlar Liqasında mübarizəni yarımfinalda dayandıran Lion “Olimpik”i və turnirin finalına yüksələn PSJ-nin ilk tur matçı təxirə salınıb. PSJ – “Mets” və “Monpelye” – “Olimpik” (Lion) oyunları sentyabrda keçiriləcək.

“Olimpik” (Marsel) – “Sent-Etyen” görüşü isə ev sahibi komandanın bir neçə üzvündə koronavirus aşkarlandığı üçün təxirə salınıb.

Fransa Liqa 1

1-ci tur

22 avqust

Dijon – Anje 0:1

Qol: Traore, 22.

Lill – Renn 1:1

Qol: Bamba, 40 – Boey, 35.

21 avqust

Bordo – Nant 0:0

23 avqust

15:00 Monako – Reyms

17:00 Loryen – Strasburq

17:00 Nim – Brest

19:00 Nitsa – Lans

Bütün xəbərlər Facebook səhifəmizdə