Çində koronavirus pandemiyasından sonra ilk dəfə azarkeşlər stadiona buraxılıb

Çində koronavirus pandemiyasından sonra ilk dəfə azarkeşlər stadiona buraxılıb

Çində koronavirus pandemiyasından sonra bu gün ilk dəfə azarkeşlər stadiona buraxılıb.

SİA xarici KİV-lərə istinadən xəbər verir ki, bu, ölkə superliqasının B qrupunun 6-cı turunda keçirilən "Beijing Qoan" - "Şanxay SİPQ" matçında gerçəkləşib. Sözügedən oyun qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Tribunalara buraxılan azarkeşlər maska taxmalı olublar. Son 7 gündə keçdikləri koronavirus testlərinin mənfi çıxan futbolsevərlərin bilet almasına icazə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə