"Real"ın hücumçusu Qaret Beyl "Mançester Yunayted"lə razılığa gəlib
"Real Madrid"in hücumçusu Qaret Beyl karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
SİA xəbər verir ki, uelsli futbolçu "Mançester Yunayted"lə razılığa gəlib.
Məlumata görə, Madrid təmsilçisi yüksək məbləğdə maaş alan oyunçunun satılmasına razılıq verib. Beyl baş məşqçi Zinəddin Zidanın planlarına daxil deyil. Artıq tərəflərin razılığa gəldiyi bildirilir. Transferin yaxın günlərdə açıqlanacağı vurğulanıb.
Qeyd edək ki, Qaret Beyl "Real"a keçməzdən əvvəl 2007-2013-cü illərdə "Tottenhem"in formasını geyinib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB