Avqustun 21-də UEFA Çempionlar Liqasında həftənin oyunçusu açıqlanıb. SİA-nın məlumatına görə, bu ada Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Serj Qnabri layiq görülüb. O, azarkeşlərin səsverməsinə əsasən, komanda yoldaşı Robert Levandovskini, Fransanın "Paris Sen-Jermen" klubunun futbolçuları Neymarı və Anxel Di Mariyanı qabaqlayıb. İyirmi beş yaşlı almaniyalı hücumçu Fransanın "Lion" klubunu 3:0 hesabı ilə məğlub etdikləri yarımfinal mərhələsinin matçında 75 dəqiqə meydanda olub, iki dəfə fərqlənərək komandasını finala çıxarmaqda vacib rol oynayıb. Portuqaliyanın paytaxtı Lissabonda oynanılacaq finalda "Bavariya" klubu "Paris Sen-Jermen" komandası ilə qarşılaşacaq. Qitənin ən nüfuzlu klub turnirinin həlledici görüşü avqustun 23-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB