Ümumdünya Şahmat Olimpiadasının top divizionunda mübarizə aparan Azərbaycan komandası ikinci qələbəsini qazanıb. SİA-nın məlumatına görə, Niderland yığması üzərində qələbədən sonra (3,5:2,5) şahmatçılarımız Macarıstan komandasını böyük hesabla məğlub ediblər. Şahmatçılarımızdan Teymur Rəcəbov, Rauf Məmmədov, Günay Məmmədzadə, Xanım Balacayeva rəqiblərinə qalib gəliblər, Gülnar Məmmədova, Vüqar Əsədli isə heç-heçə ediblər.
Qeyd edək ki, T.Rəcəbov, G.Məmmədzadə və X.Balacayeva Niderland yığması ilə görüşlərdə də qələbəyə imza atıblar. Komandamız bu gün sonuncu oyununu Cənubi Afrika Respublikasının yığmasına qarşı aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB