"Qarabağ"ın Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsindəki rəqibi bəlli olub

"Qarabağ"ın Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsindəki rəqibi bəlli olub

"Qarabağ"ın Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsindəki rəqibi bəlli olub.

SİA xəbər verir ki, buna Tiraspolda keçirilən "Şerif" (Moldova) - "Fola" (Lüksemburq) qarşılaşmasının nəticəsi aydınlıq gətirib.

Rəqibi üzərində 2:0 hesabı ilə qalib gələn "Şerif" II raunda yüksəlib. Komandanın heyətində qollara Anatole Abanq (36-cı dəq.) və Andrey Lukiç (80) imza atıb. Bununla da ÇL-də mübarizəni davam etdirən Moldova klubu II təsnifat mərhələsində "Qarabağ"a rəqib olub. Bu komandalar arasında görüş avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. "Fola" isə çıxışını Avropa Liqasında davam etdirəcək.

Qeyd edək ki, "Qarabağ" dünən I raundda Şimali Makedoniya "Sileks"ini üstələyib - 4:0.

Bütün xəbərlər Facebook səhifəmizdə