UEFA Çempionlar Liqasının finalçılar bəlli oldu

UEFA Çempionlar Liqasının finalçılar bəlli oldu

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

SİA xəbər verir ki, bununla da digər finalçının adına aydınlıq gəlib.

Həlledici oyuna sonuncu vəsiqə uğrunda Almaniya “Bavariya”sı ilə Fransanın “Olimpik” (Lion) klubları üz-üzə gəlib. Portuqaliyanın paytaxtı Lissabondakı “Estadio Joze Alvalade” stadionunda keçirilən oyunu ispaniyalı referi Antonio Migel Mateu Laos idarə edib. Rəqibini darmadağınla məğlub edən Almaniya çempionu ikinci finalçı olub.

Qeyd edək ki, “Bavariya” finalda PSJ ilə qarşılaşacaq. Paris təmsilçisi yarımfinalda Almaniya “Leyptsiq”ini darmadağın edib – 3:0. Həlledici oyun avqustun 23-də baş tutacaq.

UEFA Çempionlar Liqası

Yarımfinal

19 avqust

“Olimpik” (Lion, Fransa) – “Bavariya” (Almaniya) 0:3

Qol: Qnabri, 18; 33. Levandovski, 88.

Portuqaliya, Lissabon. “Eştadiu Joze Alvalade” stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə