“Qarabağ” darmadağınla növbəti mərhələdə

“Qarabağ” darmadağınla növbəti mərhələdə

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə start verilib.

SİA xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da meydana çıxıb. Qurban Qurbanovun komandası Bakıda Şimali Makedoniyanın “Sileks” klubu ilə qarşılaşıb. Oyun "Qarabağ"ın inamlı qələbəsi ilə başa çatıb - 4:0.

Mərhələ bir oyundan ibarət olduğundan Ağdam təmsilçisi 2-ci raunda yüksəlib.

Qeyd edək ki, "Qarabağ" 2-ci turda “Şerif” (Moldova) - "Fola" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.



18 avqust

Çempionlar Liqası

1-ci təsnifat mərhələsi


20:00. “Qarabağ” (Azərbaycan) – “Sileks” (Şimali Makedoniya) - 4:0
Qol: Xayme Romero, 11, Donald Gerye, 39, 51, Mahir Emreli, 80
Hakimlər: Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə