“Keşlə” Futbol Klubunun yeni baş məşqçisi məlum olub - RƏSMİ

“Keşlə” Futbol Klubunun yeni baş məşqçisi məlum olub - RƏSMİ

Bu gün “Keşlə” Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib.

SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, müşavirənin sonunda Yunis Hüseynovun əsas komandanın yeni baş məşqçisi təyin olunması qərara alınıb.

Müşahidə Şurası üzvləri yeni mövsümdə Yunis Hüseynova uğurlar arzulayıb.

Qeyd edək ki, bundan əvvəl "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov idi.

Bütün xəbərlər Facebook səhifəmizdə