İbrahim Şehiç Türkiyə Super Liqası klubunda

“Qarabağ”ın sabiq qapışısı İbrahim Şehiç klubunu dəyişib.

SİA xəbər verir ki, “Ərzurumspor”la müqaviləsi başa çatmış 31 yaşlı qolkiper karyerasını “Konyaspor”da davam etdirəcək. Bu haqda “Konyaspor”un rəsmi saytı məlumat yayıb. Superliqa təmsilçisi bosniyalı qapıçı ilə 3 illik müqavilə imzalayıb.
Şehiç “Konyaspor”da 13 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, İ.Şehiç 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...