"Sevilya" "Vulverhempton"a, "Şaxtyor" "Bazel"ə qalib gələrək yarımfinala çıxıb

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə daha 2 matç keçirilib. Almaniyanın Duysburq şəhərində "Sevilya" "Vulverhempton"a, Gelzenkirxendə isə "Şaxtyor" (Donetsk) "Bazel"ə qalib gələrək növbəti mərhələyə adını yazdırıb.

Bir gün əvvəl isə "İnter" və "Mançester Yunayted" yarımfinala yüksəlib.

Beləliklə, yarımfinalda avqustun 16-ı "Sevilya" "Mançester Yunayted"lə, bir gün sonra isə "Şaxtyor" "İnter"lə qarşılaşacaq.

11 avqust

23:00. "Vulverhempton" - "Sevilya" - 0:1
Qol: Okampos, 88

23:00. "Şaxtyor" - "Bazel" - 4:1
Qollar: Moraes, 2 (1:0), Tayson, 22 (2:0), Patrik, 75 (3:0), Dodo, 88 (4:0), Van Volfsvinkel, 90+2 (4:1)


10 avqust

23:00. "Mançester Yunayted" - "Kopenhagen" - 1:0

23:00 "İnter" - "Bayer" (Leverkuzen) - 2:1

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...