“Qarabağ” bu dəfə “Sabah”a qalib gəldi

“Qarabağ” bu dəfə “Sabah”a qalib gəldi

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib.

SİA xəbər verir ki, Ağdam klubu “Azersun Arena”da "Sabah"la qarşılaşıb. Qapalı keçirilən görüşdə "Qarabağ" 2 cavabsız qolla qalib gəlib. Bu komandalar arasında iyulun 25-də Qəbələdə keçirilən oyunda “Sabah” 2:1 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, “Sabah” toplanış çərçivəsində həmçinin “Sumqayıt”a (1:0), “Neftçi”yə (5:2), “Qəbələ” (2:0) qalib gəlib. “Qarabağ” isə iki dəfə “Keşlə”ni (3:1, 4:0), bir dəfə də “Neftçi”ni (1:0) məğlub edib.



11 avqust

20:00. “Qarabağ” – “Sabah” - 2:0
Qollar: Uroş Matiç, 31-pen. Mahir Emreli, 85.
“Azərsun Arena”

Bütün xəbərlər Facebook səhifəmizdə