Kamran Əliyevli “Ximki”dən Rusiya Premyer Liqasında uğursuz debüt

Bu gün futbol üzrə Rusiya Premyer Liqasında 2020/21 mövsümünə start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Mövsümün açılış matçında Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” doğma meydanda Moskva ÇSKA-sı ilə qarşılaşıb.

Elitada debüt matçına çıxan Əliyevin komandası bu görüşdən məğlub ayrılıb – 0:2. Kamran da bu matçın iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...