"Qarabağ" "Keşlə"ni, "Qəbələ" "Sumqayıt"ı məğlub edib

Qəbələdə təlim-məşq toplanışında olan komandalarımız yoldaşlıq görüşlərində güclərini sınayıblar. "Qarabağ" və "Keşlə" ilə, "Sumqayıt" isə "Qəbələ" ilə üz-üzə gəlib.

SİA xəbər verir ki, "Qarabağ" və "Keşlə" komandalar qüvvələrini ikinci dəfə sınayıblar. Matç Ağdam klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, bu, avrokubok iştirakçılarımızın Qəbələdə 4-cü sınaq matçı olub. Bu komandalar yay fasiləsində ilk yoxlama oyunlarını öz aralarında keçirmiş və Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi qeydə alınmışdı. Avroliqa təmsilçimiz "Keşlə" bundan sonra "Zirə"ni 1:0, "Səbail"i 2:0 hesabıyla məğlub edib. Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" isə növbəti görüşlərində "Sabah"a 1:2 hesabıyla uduzub, "Neftçi"yə 1:0 hesabıyla qalib gəlib.

Ölkəmizi ilk dəfə Avropa Liqasında təmsil edəcək “Sumqayıt” Qəbələdəki təlim-məşq toplanışını davam etdirirlər.

Qol.az xəbər verir ki, Ayxan Abbasovun komandası bu gün növbəti yoxmala oyununa çıxıb. “Qəbələ”yə qarşı keçirilən görüşdə "Sumqayıt" 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, "Sumqayıt" bundan əvvəlki sınaq matlarında "Neftçi"yə 0:3, "Sabah"a 0:1 hesabı ilə uduzub. "Qəbələ" isə "Zirə" ilə qosluz heç-heçə edib, "Səbail"ə uduzub - 1:2.


5 avqust

Yoxlama matçları

19:00. "Qarabağ" - "Keşlə" - 4:0
Qollar: Mahir Emreli, 30, Kevin Medina, 70, Mahir Emreli, 76, Ovusu Kvabena, 89

18:00. "Qəbələ" - "Sumqayıt" - 1:2
Qollar: Murad Musayev, 19, Ülvi İsgəndərov, 55 - Elvin Bədəlov, 60

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...