“Səbail” “Keşlə” ilə qarşılaşacaq

Azərbaycan Premyer Liqasının yeni mövsümünə hazırlaşan klubların iştirakı ilə daha bir oyun keçiriləcək.

SİA-nın məlumatına görə, Qəbələdə toplanışda olan “Səbail” və “Keşlə” bu gün üz-üzə gələcək.

Bu qarşılaşma saat 19:00-da başlayacaq.

“Keşlə” üçün bu matç üçüncü sınaq olacaq. “Qarabağ”a 1:3 hesabı ilə uduzan bakılılar “Zirə”yə 1:0 hesabı ilə qalib gəlib.

“Səbail” isə ikinci yoxlama görüşünə çıxacaq. Paytaxt təmsilçisi bunadək “Qəbələ”ni məğlub edib – 2:1.

Yoxlama oyunu
3 avqust
19:00. “Səbail” – “Keşlə”

Bütün xəbərlər Facebook səhifəmizdə