Nicat Qurbanovun 10 dəqiqə meydanda olduğu görüşdən komandası məğlub ayrılıb

Futbol üzrə Gürcüstan çempionatında 8-ci turun oyunları keçirilib.

SİA xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Batumi “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

Nicat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 10-cu dəqiqədə əvəzlənib. Cari mövsümdə 3 qol vurmuş 28 yaşlı yarımmüdafiəçi bu dəfə fərqlənə bilməyib.

8 turdan sonra hesabında 8 xal olan “Samtrediya” 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...