Hemilton "Formula-1" üzrə Böyük Britaniya Qran Prisinin qalibi olub

"Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton "Formula-1" üzrə Böyük Britaniya Qran Prisinin qalibi olub.

SİA xəbər verir ki, yarışı ikinci yerdə "Red Bull" komandasının niderlandlı pilotur Maks Ferstappen, üçüncü yerdə isə "Ferrari" komandasının monakolu pilotu Şarl Lekler başa vurub.

"Racing Point" komandasında koronavirusa yoluxan Serxio Peresi əvəz edən almaniyalı Niko Hülkenberq boliddə yaranan problemlərə görə yarışa qatıla bilməyib.

Qeyd edək ki, bu, altıqat və hazırkı dünya çempionu olan Lyuis Hemiltonun cari mövsümdəki üçüncü qələbəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə