Azərbaycan milli komandasının yeni baş məşqçisinin daha bir köməkçisi müəyyənləşib

Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni De Byazinin daha bir köməkçisi müəyyənləşib.

SİA xəbər verir ki, italiyalı mütəxəssisin məşqçilər korpusundakı həmyerlilərinin sayı 4-ə çatıb.

Köməkçi məşqçilər Benni Karbone və Klaudio Beluççi, oyunların analizi üzrə mütəxəssis Federiko Turritsianinin ardınca fiziki hazırlıq üzrə çalışdırıcı Alessandro Skayya da yığmamızda çalışacaq. O, millidə ümumilikdə 5-ci italiyalı olacaq.

Bunu Skayyanın özü açıqlayıb: “Mənə De Byazi zəng vurdu. O, Karbonenin məsləhəti ilə bunu etdi. Mən Karbone ilə “Ternana” və “Venetsiya”da çalışmışam. Orada Valter Zenqanın baş məşqçiliyi dövründə birgə işləmişik”.

Bütün xəbərlər Facebook səhifəmizdə