Nurlan Novruzovun komandası Estoniya çemponatında növbəti qələbəsini qazanıb

Futbol üzrə Estoniya çemponatında 15-ci turun oyunları keçirilib.

SİA xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Kuressaare” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Novruzov da bu oyunun iştirakçısı olub. O, 37-ci dəqiqədə meydana buraxılıb.

Qeyd edək ki, “Narva Trans” 10 komandalı çempionatda 15 turdan sonra 16 xalla 7-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...