“Atalanta” evdə “İnter”ə, çempion “Yuventus” isə “Roma”ya uduzub - İtaliya A Seriyası

Futbol üzrə İtaliya A Seriyasında 2019/20 mövsümünün sonuncu – 38-ci turuna start verilib.

SİA xəbər verir ki, son turun oyunları iki günü əhatə edəcək.

Turun açılış matçında elitayla vidalaşan “Breşiya” “Sampdoriya”nı qəbul edib. Bu görüşdə qalib müəyyənləşməyib.

İkinci pillə uğrunda mübarizə aparan “Atalanta” “İnter”lə ev oyunundan məğlub ayrılıbsa, “Latsio” da “Napoli”yə uduzub. Çempion “Yuventus” son tur çərçivəsində doğma meydanda “Roma”nı qəbul edib və məğlubiyyətlə üzləşib. “Milan” isə “Kalyari”ni darmadağın edib.

İtaliya A Seriyası

38-ci tur

1 avqust

Breşiya – Sampdoriya 1:1

Qol: Torreqrosa, 49-pen – Leris, 41.

Milan – Kalyari 3:0

Qol: Klavan, 11-öz qapısına. İbrahimoviç, 55. Kastilyexo, 57.

Atalanta – İnter 0:2

Qol: D`Ambrosio, 1. Yanq, 20.

Yuventus – Roma 1:3

Qol: İquayn, 5 – Kaliniç, 23. Perotti, 44-pen; 52.

Napoli – Latsio 3:1

Qol: Ruis, 9. İnsinye, 54. Politano, 90+3 – İmmobile, 22.

2 avqust

20:00 SPAL – Fiorentina

22:45 Bolonya – Torino

22:45 Cenoa – Verona

22:45 Leççe – Parma

22:45 Sassuolo – Udineze

Bütün xəbərlər Facebook səhifəmizdə