"Real"ın sabiq məşqçisi Aytor Karanka İngiltərə klubunda

"Real"ın sabiq məşqçisi Aytor Karankanın yeni klubu məlum olub.

SİA xəbər verir ki, ispaniyalı mütəxəssis İngiltərənin "Birminhem" klubunu çalışdıracaq. Bu barədə Çempionşip təmsilçisinin rəsmi Tvitter səhifəsi məlumat yayıb. O, bu vəzifədə həmyerlisi Pep Kloteti əvəzləyib.

Qeyd edək ki, 2010-2013-cü illərdə "Real"da Joze Mourinyonun köməkçisi olan 46 yaşlı məşqçi, bundan əvvəl İspaniyanın U-16 millisini, 2013-2017-ci illərdə isə İngiltərənin "Midlsbro" klubunu çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə