Ən bahalı futbol brendlərinin siyahısı açıqlanıb

Ən bahalı futbol brendlərinin siyahısı açıqlanıb

Dünyanın ən bahalı futbol brendlərinin siyahısı bəlli olub.

SİA-nın məlumatına görə, ötən il olduğu kimi, bu dəfə də “Real Madrid” siyahıya başçılıq edir. Kral Klubu 1,5 milyard dollarla zirvədə qərarlaşıb. Komandanın ötən illə müqayisədə dəyəri azalsa da, bu, onun zirvədəki yerinə təsir etməyib. Madrid klubunun əzəli rəqibi “Barselona” ikinci yerə yüksəlib. Katalonların yüksəlişi “Mançester Yunayted”in üçüncü pilləyə enməsi ilə nəticələnib.

İlk onluğu “Liverpul”, “Mançester Siti”, “Bavariya”, PSJ, “Çelsi”,“Tottenhem” və “Arsenal” tamamlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə