“Milan” səfərdə “Sampdoriya”ya, “Roma” isə “Torino”ya qalib gəlib

“Milan” səfərdə “Sampdoriya”ya, “Roma” isə “Torino”ya qalib gəlib

Futbol üzrə İtaliya A Seriyasında 37-ci tura yekun vurulub.

SİA xəbər verir ki, turun əksər qarşılaşmaları son günə təsadüf edib.

Çempion “Yuventus” “Kalyari”nin qonağı olub və məğlubiyyətlə üzləşib.

“Latsio” “Breşiya”nı məğlub yola salıbsa, “Milan” səfərdə “Sampdoriya”ya, “Roma” da “Torino”ya qalib gəlib.

İtaliya A Seriyası

37-ci tur

29 iyul

Latsio – Breşiya 2:0

Qol: Korrea, 17. İmmobile, 82.

Sampdoriya – Milan 1:4

Qol: Askildsen, 87 – İbrahimoviç, 4; 58. H.Çalhanoğlu, 52. Leao, 90+2.

Sassuolo – Cenoa 5:0

Qol: Traore, 26. Berardi, 40. Kaputo, 66; 77. Raspadori, 74.

Udineze – Leççe 1:2

Qol: Samir, 36 – Mankosu, 40-pen. Lapadula, 81.

Verona – SPAL 3:0

Qol: Di Karmine, 7; 11. Faraoni, 47.

Kalyari – Yuventus 2:0

Qol: Qalyano, 8. Simeone, 45+2.

Fiorentina – Bolonya 4:0

Qol: Kyeza, 48; 54; 89. Milenkoviç, 74.

Torino – Roma 2:3

Qol: Berenger, 14. Sinqo, 66 – Dzeko, 15. Smollinq, 23. Diavara, 61-pen.

28 iyul

Parma – Atalanta 1:2

Qol: Kuluşevski, 43 – Malinovski, 70. A.Qomes, 84.

İnter – Napoli 2:0

Qol: D`Ambrosio, 11. L.Martines, 74.

Bütün xəbərlər Facebook səhifəmizdə