“İnter” doğma meydanda “Napoli”ni, “Atalanta” səfərdə “Parma”nı məğlub edib

“İnter” doğma meydanda “Napoli”ni, “Atalanta” səfərdə “Parma”nı məğlub edib

Futbol üzrə İtaliya A Seriyasında 37-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Açılış matçında “Atalanta” səfərdə “Parma”nın qonağı olub. Üç qolun qeydə alındığı matçda qonaqlar əzmkar qələbəyə seviniblər.

Turun mərkəzi görüşü Milanda keçirilib. “İnter” doğma meydanda “Napoli”ni qəbul edib və inamlı qələbə qazanıb.

İtaliya A Seriyası

37-ci tur

28 iyul

Parma – Atalanta 1:2

Qol: Kuluşevski, 43 – Malinovski, 70. A.Qomes, 84.

İnter – Napoli 2:0

Qol: D`Ambrosio, 11. L.Martines, 74.

29 iyul

21:30 Latsio – Breşiya

21:30 Sampdoriya – Milan

21:30 Sassuolo – Cenoa

21:30 Udineze – Leççe

21:30 Verona – SPAL

23:45 Kalyari – Yuventus

23:45 Fiorentina – Bolonya

23:45 Torino – Roma

Bütün xəbərlər Facebook səhifəmizdə