Həbib Nurməhəmmədovlun növbəti görüşünün vaxtı və rəqibinin adı açıqlanıb

Həbib Nurməhəmmədovlun növbəti görüşünün vaxtı və rəqibinin adı açıqlanıb

Yüngül çəkidə Mütləq Döyüş Çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədovla müvəqqəti çempion Castin Geyci arasındakı görüş oktyabrın 24-də keçiriləcək.

Matc.az xəbər verir ki, bu barədə UFC prezidenti Deyna Uayt açıqlama verib.

O bildirib ki, qarşılaşma, böyük ehtimalla, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə UFC 254 turniri zamanı gerçəkləşəcək.

Öncədən döyüşün sentyabrın 19-da UFC 253 turniri zamanı təşkili nəzərdə tutulmuşdu. Lakin görüş Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun ölümü ilə əlaqədar təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə