İspaniyanın “Real” klubu türkiyəli qapıçı transfer edib

İspaniyanın “Real” klubu türkiyəli qapıçı transfer edib

İspaniyanın “Real” klubu daha bir türkiyəli futbolçu transfer edib.

SİA xəbər verir ki, Madrid təmsilçisi “Boluspor”un 17 yaşlı qapıçısı İhsan Efe Calışı heyətinə qatıb.

İstedadlı qolkiper “Real”ın aşağı yaş komandasında özünü göstərməli olacaq. O, son günlərdə bu kluba keçən ikinci türkiyəlidir. Ona qədər “Başakşəhər”in yetirməsi Deha Sarıahmet də “Kral klubu”na keçib.

Hər iki oyunçu yaxın günlərdə Madridə yollanacaq. Onlarla peşəkar müqavilə imzalandıqdan sonra klublarına transfer məbləği ödənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə