Canluici Buffon titul sayına görə İtaliya çempionatının rekordunu təzələyib

Canluici Buffon titul sayına görə İtaliya çempionatının rekordunu təzələyib

İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffon titul sayına görə İtaliya çempionatının rekordunu təzələdi.

SİA xəbər verir ki, "Yuventus" ardıcıl olaraq 9-cu və tarixdə 36-cı dəfə ölkə çempionu olub. C.Buffonun karyerasında bu A Seriyasında 10-cu, turinli müdafiəçilər Lenardo Bonuççi və Corcio Kellini üçün isə 9-cu qələbəyə sayıldı.

42 yaşlı qapıçı 2001-ci ildən "Yuventus"da oynayır və bu müddətdə cəmi bir mövsümünü "Paris San-Jermen"də keçirib. 12 dəfə İtaliyanın ən yaxşı qapıçısı adını qazanıb, cari mövsümdə isə səkkiz matç keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə