Nurlan Novruzovun 89 dəqqiqə oynadığı matçdan komandası 3 xalla ayrılıb
Futbol üzrə Estoniya çemponatında 14-cü turun oyunları keçirilib.
SİA xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Legion” ilə qarşılaşıb. Futbolçmuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.
Novruzov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Narva Trans” 10 komandalı çempionatda 14 turdan sonra 13 xalla 8-ci pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB