Futbol üzrə Türkiyə Super Liqasında bu mövsümlə əlaqədar bütün suallara aydınlıq gəlib
Futbol üzrə Türkiyə Super Liqasında mövsümün sonuncu – 34-cü turunun oyunları keçirilir.
SİA xəbər verir ki, turun əksər qarşılaşmaları bu gün baş tutub.
“Fənərbaxça” son turda “Rizəspor”la, “Beşiktaş” isə “Gənclərbirliyi” ilə qarşılaşıb. Hər iki oyunda İstanbul təmsilçisi qələbəni bayram edib. “Fənərbaxça” mövsümü 7-ci pillədə başa vursa da, “Beşiktaş” 3-cü yeri tutmaqla Avropa Liqasına vəsiqə qazanıb.
Avroliqaya digər vəsiqəni 4-cü olan “Sivasspor” qazanıb. Baxmayaraq ki, bu komanda son turda “Göztəpə”yə uduzub.
“Trabzonspor” son turda səfərdə “Kayserispor”a qalib gəlməklə ikinci pillədəki mövqeyini qoruyub və UEFA Çempionlar Liqasında oynamaq hüququ qazanıb.
Mövsümü eyni xalla (32) başa vuran “Yeni Malatyaspor”, “Ankaragücü” və “Kayserispor” Super Liqa ilə vidalaşıb. Bu komandalar növbəti mövsümü TFF 1-ci liqada keçirəcək.
Turun və mövsümün son matçında çempion “Başakşəhər” “Kasımpaşa” səfərinə yollanacaq.
Türkiyə Super Liqası
34-cü tur
25 iyul
Dənizlispor – Ankaragücü 0:1
Qol: İ.Parlak, 90+4.
Fənərbaxça – Rizəspor 3:1
Qol: E.Belözoğlu, 39-pen. Q.Rodriqes, 60. O.Tufan, 90+8 – Şkoda, 53.
Gənclərbirliyi – Beşiktaş 0:3
Qol: Hatçinson, 52-pen. Diabi, 78. Elneni, 81-pen.
Göztəpə – Sivasspor 3:1
Qol: Napoleoni, 31-pen. Mossoro, 55. B.Emir, 90+5-pen – Fernando, 49.
Kayserispor – Trabzonspor 1:2
Qol: P.Enrike, 85-pen – Novak, 63. Sorlot, 90+6.
Konyaspor – Alanyaspor 2:3
Qol: A.Uludağ, 20. Aniçiç, 27 – Fernandes, 63. Bakasetas, 81. E.Karaca, 87.
Yeni Malatyaspor – Qaziantep 0:1
Qol: Djilobodji, 63.
24 iyul
Antalyaspor – Qalatasaray 2:2
Qol: Fredi, 19. Blanko, 90+2 – Saraççi, 58. Belhanda, 65-pen.
26 iyul
18:00 Kasımpaşa – Başakşəhər
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB