A seriyasında baş məşqçi ilə yeni müqavilə

A seriyasında baş məşqçi ilə yeni müqavilə

İtaliya A seriyasında qalmağı təmin edən "Sampdoriya" baş məşqçisi Klaudio Ranyeri barədə qərarını açıqlayıb.

SİA-nın məlumatına görə, Genuya təmsilçisi Ranyerini postunda saxlayıb.

Rəhbərlik 68 yaşlı mütəxəssisə artıq yeni 1 illik müqavilə təklif edib. Ranyeri razılıq verərsə, gələn ilin yayına qədər olan sözləşməsinin müddəti 2022-ci ilin yayına qədər olacaq.

Download video

Qeyd edək ki, "Sampdoriya" 35 turdan sonra turnir cədvəlinin 11-ci pilləsində qərarlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə