Kiyev "Dinamo"sunun yeni baş məşqçisi Mirça Luçeskudur

Kiyev "Dinamo"sunun yeni baş məşqçisi Mirça Luçeskudur

Kiyev "Dinamo"sunun yeni baş məşqçisi müəyyənləşib.

SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Mirça Luçesku gətirilib.

Rumıniyalı mütəxəssis istefaya göndərilən Aleksey Mixayliçenkonu əvəzləyib. Onunla 2+1 illik müqavilə imzalanıb. 75 yaşlı çalışdırıcı daha əvvəl Ukraynada 12 il ( 2004-2016) Donetsk "Şaxtyor"unun baş məşqçisi olub.

Qeyd edək ki, Mirça Luçesku son iş yeri olan Türkiyə millisindən ötən il ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə