“Napoli” “Parma” səfərindən xalsız dönüb, “İnter” "Fiorentina"nı uda bilməyib
Futbol üzrə İtaliya A Seriyasında 35-ci turun oyunları keçirilir.
SİA xəbər verir ki, turun əksər qarşılaşmaları bu gün baş tutub.
“Napoli” bu tur “Parma” ilə qarşılaşıb və səfərdən xalsız dönüb. “İnter” də “Fiorentina” ilə ev oyunundan xal itkisi ilə ayrılıb. “Torino” – “Verona” qarşılaşmasında da qalib müəyyənləşməyib. “Leççe” “Breşiya”nı məğlub yola salıb. “Cenoa” səfərdə “Sampdoriya”dan, “Roma” isə SPAL-dan üstün olub.
İtaliya A Seriyası
35-ci tur
22 iyul
Parma – Napoli 2:1
Qol: Kaprari, 45+3-pen. Kuluşevski, 87-pen – İnsinye, 54-pen.
İnter – Fiorentina 0:0
Leççe – Breşiya 3:1
Qol: Lapadula, 22; 32. Saponara, 70 – Dessena, 63.
Sampdoriya – Cenoa 1:2
Qol: Qabbyadini, 32 – Krişito, 22-pen. Lerager, 72.
SPAL – Roma 1:6
Qol: Çerri, 24 – Kaliniç, 10. K.Peres, 38. Kolarov, 47. B.Peres, 52; 75. Zaniolo, 90+1.
Torino – Verona 1:1
Qol: Zaza, 67 – Borini, 56-pen.
21 iyul
Atalanta – Bolonya 1:0
Qol: Muriel, 63.
Sassuolo – Milan 1:2
Qol: Kaputo, 42 – İbrahimoviç, 19; 45+2.
23 iyul
21:30 Udineze – Yuventus
23:45 Latsio – Kalyari
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB