Azərbaycanlı futbolçunun klubu Rusiya Premyer Liqasında mövsümü 9-cu yerdə bitirib

Azərbaycanlı futbolçunun klubu Rusiya Premyer Liqasında mövsümü 9-cu yerdə bitirib

Futbol üzrə Rusiya Premyer Liqasında mövsümə yekun vurulub.

SİA xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da bu mövsüm sonuncu oyununa çıxıb.

Sözügedən komanda 30-cu tur çərçivəsində doğma meydanda Tula “Arsenal”ı ilə qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Ufa” 30 oyuna topladığı 38 xalla mövsümü 16 kollektiv arasında 9-cu pillədə başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə