“Ximki” klubu növbəti mövsümdən Rusiya Premyer Liqasında çıxış edəcək
Rusiyanın “Ximki” klubu növbəti mövsümdən Premyer Liqada çıxış edəcək.
SİA xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında Moskva vilayətinin idman naziri Roman Teryuşkov deyib.
O, koronavirusa görə yarımçıq dayandırılan birinci divizionda 2-ci pillədə qərarlaşan paytaxt təmsilçisinin elitada iştirak hüququ qazandığını deyib.
U-21 millimizin sabiq üzvü Kamran Əliyevin çıxış etdiyi komandanın maliyyə problemlərinə görə Premyer Liqada oynamayacağı bildirilirdi. Teryuşkov artıq bu məsələnin də yoluna qoyulduğunu, klubun yeni sponsorlarla anlaşdığını deyib.
Qeyd edək ki, "Simurq"un sabiq baş məşqçisi Sergey Yuranın çalışdırdığı “Ximki” bu mövsüm Rusiya kubokunun finalına da vəsiqə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB