"Vamley"ə Barselona marşrutu ilə gedənlər BUYURSUN ! ! !

"Vamley"ə Barselona marşrutu ilə gedənlər BUYURSUN ! ! !

Təxminən 3 həftədir yaşadığımız "El Kassiko" həyəcanı dünən axşam da davam etdi. Belə ki, iki İspaniya nəhəngi bu dəfə eyni məkanda fərqli ambisiyalar üçün qarşı-qarşıya gəldi. SİA-nın məlumatına görə, Çempionlar Liqasının yarımfinal matçının ilk qarşılaşmasında öz meydanında-"Santiaqo Bernabeu"da əzəli rəqibi "Barselona"ya 0:2 hesab ilə uduzan "Real Madrid"in cavab görüşündə "Nou Kamp"da nəsə edəcəyi heç də inandırıcı deyildi.

Son 3 matça nəzərən bu dəfə daha hücuma meylli heyətlə meydana atılan Kral kulubunun sadəcə bərabərliyə gücü çatdı. Nəfəsləri kəsən qarşılaşma 1-1 hesabı ilə başa çatdı. Oyun hər iki tərəfin hücumları ilə başladı. Çox sayda qol imkanlarını boşa verən hər iki tərəf fasiləyə 0:0 hesabı ilə yollandı. Fasilədən sonra 54-cü dəqiqədə İniestanın "Real Madrid" müdafiəsinin arxasına atdığı topu Pedro ustalıqla birinci hissənin ulduzu Kasillasın yanından qapıya yönəltdi.(1:0). Oyunda status-kvonu Marselo 63-cü dəqiqədə bərpa etdi. Belə ki, rəqib müdafiəsinin geriyə atdığı pası qapan Di Maria rəqibləri gözəl fəndlə geridə qoydu və zərbəsi dirəkdən geri qayıtdı və təkrar olaraq Marseloya pas atdı və barziliyalı da şansını qaçırmadı-1:1.

Beləliklə, 18 gündə 4 qarşılaşmadan Katalonların qazancı La Liqa çempionluğu və də Vembleyə final bileti oldu. Kral kulubu isə öz növbəsində La Liqanın və Çempionlar Liqasının finalına vəsiqə qazandı.

Xatırladaq ki, Jose Mourinio "Nou Kamp"a gəlmədi. Birinci oyunda qovulan portuqaliyalı matçı qaldığı oteldən izlədi.

Bütün xəbərlər Facebook səhifəmizdə