Azərbaycanlı futbolçunun komandası Rusiya kuboku yarışının ilk finalçısı olub

Azərbaycanlı futbolçunun komandası Rusiya kuboku yarışının ilk finalçısı olub

Futbol üzrə Rusiya Kubokunun yarımfinal mərhələsinin oyunları keçirilir.

SİA xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin şərəfini qoruduğu “Ximki” bu mərhələdə “Ural”la qarşılaşıb. Rəqibini 3:1 hesabı ilə məğlub edən “Ximki” kubokun ilk finalçısı olub.

Kamran da bu oyunun iştirakçısı olub. O, matçın 90-cı dəqiqəsində meydana çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə