Millimizin üzvü “Qarabağ”ın kapitanı oldu

Millimizin üzvü “Qarabağ”ın kapitanı oldu

Ağdamın "Qarabağ" komandasının yeni kapitanı məlum olub. SİA-nın verdiyi məlumata görə, Rəşad Sadıqovun gedişindən sonra kapitanlıq sarğısı Azərbaycan millisinin futbolçusu Maksim Medvedevə həvalə edilib.

Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən "Qarabağ"da çıxış edir. O, Ağdam təmsilçisi ilə 7 dəfə ölkə çempionatının qalibi olub, 3 dəfə ölkə kubokunu qazanıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə