Avroliqada "Qarabağ"a qol vuran futbolçu "Neftçi"də

Avroliqada "Qarabağ"a qol vuran futbolçu "Neftçi"də

"Neftçi” daha bir legioner futbolçunu transfer edib.

SİA klubun saytına istinadən xəbər verir ki, Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrin ilə 2 il müddətinə müqavilə bağlanıb. 24 yaşlı futbolçu 29 nömrəli formanı geyinəcək.

Sabir Buqrin Belçikanın "Lyers” (2014-2018; 82 oyun, 3 qol), Fransanın "Paris” (2018-2019; 4 oyun) və Lüksemburqun "Dudelanj” (2019-2020; 20 oyun, 2 qol) klublarında oynayıb.

Buqrin "Düdelanj"da çıxış edərəkən Avroliqanın 2019-2020 mövsümünün qrup mərhələsində "Qarabağ"la Bakıdakı oyunda (1:1) qol vurub.


Qeyd edək ki, "Neftçi” bundan əvvəl nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Lavalı transfer etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə