"Ueska" vaxtından əvvəl yenidən İspaniya La Liqasında!

"Ueska" vaxtından əvvəl yenidən İspaniya La Liqasında!

"Ueska" vaxtından əvvəl İspaniya La Liiqasına qayıda bilib.

SİA xəbər verir ki, ikinci divizionun 41-ci turunda komanda “Numansiya” futbolçularını 3:0 hesabı ilə məğlub edib.

"Ueska" son oyuna bir tur qalmış 67 xal toplayaraq aktivində 63 xal olan "Almeriya" üçün çatmaz oldu. Daha əvvəl La Liqaya "Kadis" komandası yüksəlmişdi.

Klub tarixində ikinci dəfədir La Liqaya çıxır. İlk dəfə komanda bu divizionda 2018/19-cu mövsümdə oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə