"Neftçi"də nigeriyalı yarımmdafiəçi!

"Neftçi"də nigeriyalı yarımmdafiəçi!

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

SİA xəbər verir ki, paytaxt klubu nigeriyalı Yusuf Lavalı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Nigeriyalı futbolçu yeni klubu ilə 2+1 il müddətinə müqavilə bağlayıb. 22 yaşlı cinah yarımmüdafiəçisi “Neftçi”nin heyətində 24 nömrəli formanı geyinəcək.

İlk klubu "Lions” (Nigeriya) olan gənc futbolçu 2017-2020-ci illər ərzində Belçikanın "Lokeren” klubunun heyətində 22 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə