İspaniya La Liqasında 36-cı tura "Real"ın qələbəsi ilə yekun vurulub

Futbol üzrə İspaniya La Liqasında 36-cı tura yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Alaves” – “Xetafe” matçında qalib müəyyənləşməyib. “Vilyarreal” evdə “Real Sosyedad”a uduzub.

Lider “Real” isə “Qranada” ilə münasibətlərinə aydınlıq gətirib. Madrid təmsilçisi bu oyunda da qələbəyə sevinib.

İspaniya La Liqası

36-cı tur

13 iyul

Alaves – Xetafe 0:0

Vilyarreal – Real Sosyedad 1:2

Qol: Kasorla, 85 – V.Xose, 61. Lyorente, 75.

Qranada – Real 1:2

Qol: Maçes, 50 – Mendi, 10. Benzema, 16.

11 iyul

Osasuna – Selta 2:1

Qol: Enrik, 23. A.Xose, 90+1 – Mina, 10.

Valyadolid – Barselona 0:1

Qol: Vidal, 15.

Atletiko – Betis 1:0

Qol: D.Kosta, 74.

12 iyul

Espanyol – Eybar 0:2

Qol: Espozito, 25-pen; 36.

Levante – Atletik 1:2

Qol: Bardi, 71 – R.Qarsiya, 4; 45+1.

Leqanes – Valensiya 1:0

Qol: R.Peres, 18-pen.

Sevilya – Malyorka 2:0

Qol: Okampos, 41-pen. En-Nesiri, 84.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...