“Arsenal” və “Lester” səfərdən məğlubiyyətlə döndü

Futbol üzrə İngiltərə Premyer Liqasında 35-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, bazar günü dörd qarşılaşma tutub.

Bu oyunların hamısında qələbəni meydan sahibləri bayram ediblər. “Vulverhempton” “Everton”u, “Aston Villa” “Kristal Pelas”ı, “Bornmut” “Lester”i məğlub yola salıb.

Turun mərkəzi görüşü Londonda keçirilib. Son turlarda uğursuz çıxış edən “Tottenhem” doğma meydanda “Arsenal”la münasibətlərinə aydınlıq gətirib. London derbisində də meydan sahibləri qələbə qazanan tərəf olub.

İngiltərə Premyer Liqası

35-ci tur

12 iyul

Vulverhempton – Everton 3:0

Qol: R.Ximenes, 45+2-pen. Dendonker, 46. Jota, 74.

Aston Villa – Kristal Pelas 2:0

Qol: Trezeqe, 45+4; 59.

Tottenhem – Arsenal 2:1

Qol: Son, 19. Alderveyreld, 81 – Lakazette, 16.

Bornmut – Lester 4:1

Qol: Stanislas, 65. Solanke, 67; 87. Evans, 83-öz qapısına – Vardi, 23.

11 iyul

Norviç – Vest Hem 0:4

Qol: Antonio, 11; 45+1; 54; 74.

Uotford – Nyukasl 2:1

Qol: Dini, 52-pen; 82-pen – Qeyl, 23.

Liverpul – Bernli 1:1

Qol: Robertson, 34 – Rodriqes, 69.

Şeffild Yunayted – Çelsi 3:0

Qol: Makqoldik, 18; 77. Makbörni, 33.

Brayton – Mançester Siti 0:5

Qol: Sterlinq, 21; 53; 81. Q.Jesus, 44. B.Silva, 57.

13 iyul

23:00 Mançester Yunayted – Sauthempton

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...