“Napoli”, “Atalanta” və “Roma”dan vacib qələbələr

Futbol üzrə İtaliya A Seriyasında 31-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, turun əksər qarşılaşmaları bu gün baş tutub.

“Napoli” bu turda “Cenoa” səfərinə yollanıb və çətin qələbəyə sevinib. “Atalanta” doğma meydanda “Sampdoriya”nı iki cavabsız qolla yenib. “Roma” “Parma” ilə oyundan əzmkar qələbəylə ayrılıb.

“Fiorentina” evdə “Kalyari” ilə heç-heçəyə razılaşıbsa, “Bolonya” “Sassuolo”ya məğlub olub.

İtaliya A Seriyası

31-ci tur

8 iyul

Fiorentina – Kalyari 0:0

Cenoa – Napoli 1:2

Qol: Qoldaniqa, 49 – Mertens, 45+1. Lozano, 66.

Roma – Parma 2:1

Qol: Mxitaryan, 43. Veretu, 57 – Kuçka, 9-pen.

Atalanta – Sampdoriya 2:0

Qol: Toloy, 75. Muriel, 85.

Bolonya – Sassuolo 1:2

Qol: Barrov, 90+1 – Berardi, 41. Haraslin, 57.

Torino – Breşiya 3:1

Qol: Mateyu, 48-öz qapısına. Belotti, 58. Zaza, 86 – Torreqrossa, 21.

7 iyul

Leççe – Latsio 2:1

Qol: Babakar, 30. Lusioni, 47 – Kaysedo, 5.

Milan – Yuventus 4:2

Qol: İbrahimoviç, 62-pen. Kessye, 66. Leao, 67. Rebiç, 80 – Rabiot, 47. Ronaldo, 53.

9 iyul

21:30 SPAL – Udineze

23:45 Verona – İnter

Bütün xəbərlər Facebook səhifəmizdə